Neftin qiyməti ucuzlaşıb

İqtisadiyyat

15.12.2021 - 12:13

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan neftinin bir bareli 75,49 dollara satılır

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,80 dollar azalaraq 72,90 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,90 dollar ucuzlaşaraq 69,83 dollar olub.

Azərbaycan neftinin qiyməti ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,01 dollar azalaraq 76,50 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş