Yüksək vəzifəli şəxs işdən azad edilib

İqtisadiyyat

12.03.2020 - 17:05

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb

 

İqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev vəzifəsindən azad edilib. AYNA “Report”a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Xatırladaq ki, Ş.Abdullayev 2018-ci ilin iyun ayında nazir müavini təyin edilmişdi. O, bu təyinata qədər Nazirliyin Sahibkarlığa Kömək Milli Fondunun (hazırda Sahibkarlığın İnkişafı Fondunun) icraçı direktoru olub.

Ayna.az