Neft  bahalaşıb

Xəbərlər

28.01.2022 - 10:49

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan neftinin bir bareli 93,17 dollara satılır

Dünya birjalarında neftin qiyməti bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,54 dollar artaraq 89,88 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,66 dollar bahalaşaraq 87,27 dollar olub.

Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,67 dollar azalaraq 93,17 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti ötən gün (93,84) qeydə alınmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş