Neftimiz bahalaşıb

İqtisadiyyat

15.08.2025 - 09:52

"Azeri Light"ın qiyməti 68 dolları ötüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti bahalaşıb.

AYNA.AZ xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,38 ABŞ dolları və ya 2,07% artaraq 68,1 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66,72 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş