Neft bahalaşıb

İqtisadiyyat

25.08.2022 - 11:27

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan neftinin qiyməti 101 dollardan baha satılır

Dünya birjalarında neft qiymətləri bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,6 dollar artaraq 101,82 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,42 dollar bahalaşaraq 95,31 dollar olub.

Azərbaycan nefti də bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,45 dollar artaraq 101,52 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş