Nazirliyə daxil olan şikayət təsdiqini tapmayıb

Xəbərlər

24.02.2020 - 15:06

Həkimlər Klinikalar SEO Xidməti

Ərazidə ağac kəsintisi faktı aşkar edilməyib

 

Xətai rayonu Rahib Məmmədov və General Şıxlinski küçələrində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

 

ETSN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı sakinlər tərəfindən qanunsuz zəbt edilərək primitiv üsulla metal torlarla hasarlanmış bağ sahələrinin ətrafındakı metal torların Bakı Şəhər və Xətai Rayon İcra Hakimiyyətləri tərəfindən söküldüyü məlum olub. Lakin ərazidə ağac kəsintisi faktı aşkar edilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş