“Problem təkcə Azərbaycan ərazisində deyil, qlobal səviyyədə müşahidə edilir”
Bu gün "WhatsApp" sosial şəbəkə platformasının işində problemlər yaranıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AYNA-ya bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır: "Hazırda “WhatsApp” tətbiqinin fəaliyyətində problemlər mövcuddur. Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, tətbiqin fəaliyyətində yaranmış problem təkcə Azərbaycan ərazisində deyil, qlobal səviyyədə müşahidə edilir. “WhatsApp” tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkəti tərəfindən verilmiş açıqlamaya əsasən, şirkət tətbiqin fəaliyyətinin bərpa olunması üzərində çalışır".