Nazirlik müharibə əlillərinə 50 minik avtomobili təqdim edib

Cəmiyyət

09.11.2020 - 13:32

Həkimlər Klinikalar SEO Xidməti

İndiyədək 6 min 964 avtomobil müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təqdim edilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 50 minik avtomobilinin imtiyazlı şəxslərə təqdim edilməsi tədbiri keçirilib.

 

Nazirlikdən AYNA-ya verilən xəbərə görə, avtomobillər Qarabağ və İkinci Dünya müharibəsi əlillərinə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.

 

Tədbirdə nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov bildirib ki, Ordumuzun bu haqq savaşında bir-birinin ardınca tarixi zəfərlər əldə etdiyi, ərazilərimizin Ermənistanın işğalından azad edildiyi indiki günlərdə şəhid ailələrinin və müharibə əlillərinin mənzillə, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri də uğurla davam etdirilir. Prezident İlham Əliyevin həssas əhali qruplarına, müharibə əlillərinə xüsusi qayğısı nəticəsində bu tədbirlər ildən-ilə geniş vüsət alır. Bu il imtiyazlı şəxslərə 400 avtomobil verilməsi nəzərdə tutulub ki, onların da böyük hissəsi artıq verilib, qalanları isə ilin sonuna qədər veriləcək. İndiyədək 6964 minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təqdim edilib.

 

Həmçinin 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda olmaqla, azı 1500 mənzil və fərdi ev verilməsi istiqamətində iş aparılır, onlardan artıq böyük əksəriyyəti verilib. Ümumilikdə ötən dövrdə 8318 mənzil və fərdi ev şəhid ailələrinə və müharibə əlillərinə verilib.

 

Yeni minik avtomobili ilə təmin olunan vətəndaşlar onlara göstərilən yüksək qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş