Nazir təhsil alan müharibə iştirakçıları ilə bağlı tapşırıq verib

Cəmiyyət

30.01.2021 - 19:56

Həkimlər Klinikalar SEO Xidməti

Emin Əmrullayev müharibə iştirakçısı olan təhsil alanlara xüsusi yanaşma olacağını bildirib

 

“Ali təhsil alan İkinci Qarabağ müharibəsi iştirakçılarının təhsil haqlarına güzəştlərin edilməsi məsələsi tək Təhsil Nazirliyinin verdiyi qərardan asılı deyil. Bu istiqamətdə artıq bir neçə addımlar atılıb. “YAŞAT” Fondu yaradılıb”.

 

AYNA xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

 

Onun sözlərinə görə, ali təhsil müəssisələrinin rəhbərlərinə də tapşırıqlar verilib ki, həmin kateqoriyadan olan vətəndaşlarla bağlı xüsusi yanaşmaları olsun:

 

“Ancaq hazırda biz də müəyyən qərar layihələrini hazırlamışıq. Müəyyən müzakirələr gedir. Ümid edirəm ki, bu istiqamətdə hansısa bir irəliyə doğru addım atılacaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş