Nazir: “Şagirdlərin sinifdə qalması nəzərdə tutulmur”

Xəbərlər

30.10.2020 - 11:32

cedabet dərman SEO Xidməti

Emin Əmrullayev: “Hər bir şagird təhsilini davam etdirəcək”

 

“Mövcud vəziyyətlərlə bağlı olaraq şagirdlərin sinifdə qalması nəzərdə tutulmur”. AYNa xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev təhsillə bağlı keçirdiyi brifinqdə bildirib.

 

Nazir qeyd edib ki, hər bir şagird təhsilini davam etdirəcək.

 

“Artıq səkkiz aydır ki, pandemiya ilə üz-üzəyik. Hazırda həm Nazirlər Kabineti yanında Operativ Qərargahda olan aidiyyəti dövlət qurumları, rəhbərləri, səhiyyə, təhsil sistemləri situasiyanı daha yaxşı başa düşürlər. Qeyri-müəyyənlik azdır”, - deyə Əmrullayev vurğulayıb.

 

Nazirin sözlərinə görə, yoluxma sayı çox olsa da, ötən həftə ilə müqayisədə, yoluxma sürəti azalıb: “Bu da atılan addımların nəticəsidir. Tamamilə bu situasiyadan çıxmaq üçün hər bir vətəndaşın davranışı aydındır. Qaydalara əməl etməklə vəziyyət tezliklə nəzarət altına alına bilər”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş