“Beş aya yaxın müddətə nəzər saldıqda bəzi çevrələrin bundan narahat olduğu görülür”
“Son beş ay ərzində razılaşmalar əldə olunmasa da, Ermənistanla şərti sərhəddə sülh və sakitlik mövcud idi”. AYNA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Nazirin sözlərinə görə, beş aya yaxın müddətə nəzər saldıqda bəzi çevrələrin bundan narahat olduğu görülür: “Onlar əllərindən gələni edirlər ki, vəziyyət dəyişsin, gərginlik olsun. Hər bir Azərbaycan vətəndaşı bunun şahidi olub”.