Naxçıvanda Türkiyə vətəndaşının idarə etdiyi TIR aşıb

Xəbərlər

19.11.2023 - 16:09

Sürücü yuxulu vəziyyətdə olub

Naxçıvan şəhərində Türkiyə vətəndaşının idarə etdiyi TIR aşıb. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhəri, Şəhriyar küçəsində (Əliabad yolu) qeydə alınıb.

Türkiyə vətəndaşı, İğdır şəhər sakini Taşkın Lütenin idarə etdiyi 76 DK 945 nömrə nişanlı ağır yüklü TIR yoldan çıxaraq aşıb.

İlkin araşdırmaya görə, sürücü yuxulu vəziyyətdə olub. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəlib.

Faktla bağlı araşdırma davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş