Daimi Nümayəndəlik deyilənlərin həqiqətə uyğun olmadığını açıqlayıb
“İnternet resurslarında və sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında (MR) keçiriləcək toy şənliklərində yemək verilməyəcəyi, qonaqlara yalnız çay və şirniyyat təklif ediləcəyi barədə həqiqətə uyğun olmayan məlumat yayılıb”. AYNA xəbər verir ki, bu sözlər Naxçıvan MR-in Bakı şəhərindəki Daimi Nümayəndəliyinin məlumatında əksini tapıb.
Məlumatda bildirilib ki, bu məlumat əsassızdır: “Ölkə üzrə qəbul olunmuş pandemiya qaydalarına uyğun olaraq 2021-ci il iyulun 1-dən mövcud tələblər əsasında Naxçıvan Muxtar Respublikasında da toy və digər şənlik mərasimləri toy qaydalarına uyğun keçiriləcək”.