Naxçıvanda evdə yanğın olub

Hadisə

08.01.2025 - 21:32

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə Şərurun Düdəngə kəndində qeydə alınıb

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şərur rayonunun Düdəngə kəndində fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən AYNA-ya verilən məlumata görə, dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb edilib. Yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.

Hadisə nəticəsində ümumi sahəsi 200 kvadratmetr yaşayış evinin 20 kvadratmetr hissəsi yanıb, 180 kvadratmetr hissəsi isə yanğından mühafizə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş