Prokuror Rusiya müxalifərinin liderinə cəza istəyib
Rusiya müxalifətinin həbsdə olan lideri Aleksey Navalnının məhkəməsi olub. AYNA Rusiya mediasına istinadən bildirir ki, prokuror Navalnıya 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.
Dövlət ittihamçısı dələduzluq və məhkəməni təhqir etdiyi üçün Aleksey Navalnının 13 il azadlıqdan məhrum edilməsini və 1,2 milyon rubl məbləğində cərimələnməsini tələb edib.