Mark Rutte: “Bunsuz Avropada davamlı təhlükəsizliyə nail olmaq mümkün deyil”
“Ukrayna Şimali Atlantika Alyansına (NATO) üzv olmalıdır. Çünki bunsuz Avropada davamlı təhlükəsizliyə nail olmaq mümkün deyil”. AYNA xəbər verir ki, bu sözləri NATO-nun yeni baş katibi Mark Rutte deyib.
“Bizim prioritetlərimiz eyni olaraq qalır. Xüsusilə, Ukraynanın müstəqil demokratik dövlət kimi qalmasını təmin etməliyik”, - Rutte NATO baş katibi postunu təhvil alması ilə bağlı keçirilən mərasimdə deyib.
Baş katib NATO-nun Vaşinqtonda keçirilən son sammitində Kiyevə vəd edilən yardım paketini həyata keçirəcəyinə söz verib: “Buraya komandanlığın yaradılması, maliyyə yardımı və Ukraynanın NATO-ya üzvlüyü istiqamətində geridönməz addımlar aiddir. Çünki Ukraynanın yeri NATO-dur”.