“Əks halda, rus dilini öyrənsəniz yaxşı olar”
NATO-nun baş katibi Mark Rutte Britaniya hökumətinə müdafiə xərclərini artırmağı məsləhət görüb. Rutte əks halda, britaniyalıların “rus dilini daha yaxşı öyrənməli” olacaqlarını söyləyib. AYNA.AZ xəbər verir ki, bu barədə “The Telegraph” yazıb.
"Əgər siz müdafiə xərclərini ÜDM-in 5%-nə çatdırmasanız, o cümlədən müdafiə xərcləri üçün 3,5% artıma getməsəniz, çətin olacaq. Bu halda Milli Səhiyyə Xidməti, pensiya sistemi üçün maliyyə vəsaitiniz ola bilər, lakin o zaman rus dilini öyrənsəniz yaxşıdır. Bu, nəticələrdir", Rutte qeyd edib.