NATO İran yaxınlığında lojistik dəstəyi artırıb

Dünya

04.05.2026 - 22:14

“NATO ölkələri ABŞ Prezidenti Donald Trampın mesajını başa düşüblər”

ABŞ-ın NATO müttəfiqləri İrana lojistik dəstəyini artırırlar. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte deyib.

NATO-nun baş katibi vurğulayıb ki, "getdikcə daha çox Avropa ölkəsi növbəti mərhələyə hazır olmaq üçün əməliyyatlar teatrının yaxınlığında minaaxtaranlar kimi zəruri lojistik və digər dəstəyi əvvəlcədən yerləşdirir".

Ruttenin sözlərinə görə, “NATO ölkələri ABŞ Prezidenti Donald Trampın mesajını başa düşüblər və Vaşinqtonun lojistik dəstək tələblərini yerinə yetirirlər”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş