NATO-dan Qarabağdakı döyüşlərə reaksiya

Xəbərlər

27.09.2020 - 17:32

“Tərəflər sülh nizamlanması ilə bağlı danışıqları bərpa etməlidir”

 

Münaqişə tərəfləri dinc əhali arasında itkilərə səbəb olan döyüş əməliyyatlarını dərhal dayandırmalıdır. AYNA xəbər verir ki, bu barədə NATO bəyanat yayıb.

 

“Bu münaqişənin hərbi həlli yoxdur. Tərəflər sülh nizamlanması ilə bağlı danışıqları bərpa etməlidirlər. NATO ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir”, - deyə bəyanatda bildirilir.

Müəllif: Ayna.az