NATO Baş katibi Azərbaycan Prezidentinə təşəkkür edib

Xəbərlər

14.12.2021 - 20:07

Həkimlər Klinikalar SEO Xidməti

Yens Stoltonberq: “Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyirik”

“Bizim konstruktiv müzakirələrimiz oldu”. AYNA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltonberq Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

NATO Baş katibi deyib ki, illər ərzində güclü tərəfdaşlıq olub, tərəfdaşlıq müxtəlif sahələri əhatə edib: “Azərbaycan Əfqanıstandakı missiyamıza böyük töhfələr verib, Kabil hava limanının qorunmasında, evakuasiyada vacib rol oynayıb. Bütün bu səylərinizə və dəstəyinizə görə təşəkkür edirəm”.

“Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyirik. Hər iki ölkə NATO üçün dəyərli tərəfdaşdır”, - deyə Baş katib söyləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş