NATO Baltik dənizi üzərində nəzarəti tam ələ keçirib

Dünya

06.02.2026 - 16:06

Mandon: “İsveç və Finlandiya qoşulduqdan sonra NATO Baltik dənizinə nəzarət edir”

Fransa Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisi Fabien Mandon bildirib ki, Finlandiya və İsveçin NATO-ya qoşulmasından sonra NATO Baltik dənizi üzərində nəzarəti tam ələ keçirib. AYNA.AZ xəbər verir ki, onun çıxışı “X” sosial media platformasında yayılıb.

Hərbi zabit qeyd edib ki, "İsveç və Finlandiyanın NATO-ya qəbul edilməsi istənilən vaxt bağlana bilən Baltik dənizinə münasibətdə açıq bir dəyişiklik göstərir. Əvvəllər NATO-nun tam nəzarəti altında olmayan bu dəniz indi onun nəzarəti altındadır".

Eyni zamanda, Mandon vurğulayıb ki, bu fakt Rusiya tərəfi üçün "pis xəbər"dir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş