"Bu gündən Almaniyaya təxminən 10 min əsgər göndərilməyə başlayıb"
NATO "Steadfast Dart" təlimi çərçivəsində Almaniyaya hərbi texnika və nəqliyyat vasitələri ilə birlikdə 10.000 əsgər yerləşdirməyə başlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
İtaliyalı general Nikola Mandolesi bildirib ki, "bu gündən etibarən Almaniyaya təxminən 10.000 əsgər göndərilməyə başlayıb".
Bu təlimlərin məqsədi hərbi münaqişə baş verərsə, NATO qoşunlarının sürətli şəkildə yerləşdirilməsini təcrübədən keçirməkdir.
Təlimdə on bir NATO ölkəsi iştirak edir: Belçika, Birləşmiş Krallıq, Almaniya, Fransa, İtaliya, İspaniya, Yunanıstan, Çexiya, Litva, Bolqarıstan və Türkiyə.