“Natiq” şadlıq sarayında karantin qaydaları pozuldu

Xəbərlər

20.12.2021 - 14:56

Həkimlər Klinikalar SEO Xidməti

Şadlıq sarayına cavabdeh şəxsi barəsində qanuni tədbir görülüb

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi qaydalarına riayət olunmasına nəzarət məqsədilə keçirdikləri tədbirlər nəticəsində pozuntu halının baş verdiyi şadlıq sarayını müəyyənləşdiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya bildirilib ki, yoxlamalar zamanı “Natiq” şadlıq sarayında keçirilən toy məclisinin “icaze.e-gov-az” saytında qeydiyyatdan keçirilmədiyi aşkar olunub.

Qayda pozuntusu ilə əlaqədar şadlıq sarayına cavabdeh olan Səmid Rüstəmov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş