Narkotik satan qardaşlar tutulub

Xəbərlər

14.08.2025 - 17:53

Onların narkotikləri satış məqsədilə əldə etdikləri məlum olub

Bakıda narkotiklərin satışı ilə məşğul olan qardaşlar saxlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 31 yaşlı Yusif Əliyev və qardaşı 33 yaşlı İlkin Əliyev saxlanılıb. Onların avtomobil və evlərinə baxış zamanı 6 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb.

Araşdırmalarla onların narkotikləri satış məqsədilə əldə etdikləri məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş