Müsavatım qərargahından kondisioner oğurlayan şəxs tutulub

Xəbərlər

22.08.2020 - 12:25

cedabet dərman SEO Xidməti

Oğurlanan əmlak maddi sübut kimi aşkar olunaraq götürülüb

 

Müsavat Partiyasının qərargahından 2500 manat dəyərində 2 ədəd kondisioner oğurlamaqda şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edib.

 

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunan, 1994-cü il təvəllüdlü Toğrul Babayev saxlanılıb. Oğurlanan əmlak maddi sübut kimi aşkar olunaraq götürülüb.

 

Cinayət əməlində şübhəli bilinən digər şəxsin tutulması istiqamətində əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş