Müraciəti etmiş 96 namizədlə təkrar müsahibələr keçiriləcək

Xəbərlər

25.08.2020 - 14:38

cedabet dərman SEO Xidməti

Təkrar müsahibələr avqustun 28-də və 29-da baş tutacaq

 

Müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə keçirilən müsahibələrdə uğur qazanmayan və apelyasiya müraciəti etmiş 96 namizədlə avqustun 28-də və 29-da təkrar onlayn müsahibələr keçiriləcək.

 

Bu barədə AYNA-ya Təhsil Nazirliyindən bildirilib. Qeyd edilib ki, təkrar müsahibənin keçirilmə tarixi barədə məlumat namizədlərin şəxsi səhifəsinə artıq göndərilib.

 

Apelyasiya müraciəti etmiş namizədlərin əvvəlki müsahibə videogörüntülərinə müvafiq komissiyalar tərəfindən baxılacaq və namizədlərə təkrar onlayn müsahibədə iştirak etmək üçün şərait yaradılacaq. Bu mərhələdə uğur qazanmış namizədlər ötən tədris ilində müddətli əmək müqaviləsi ilə işlədikləri təhsil müəssisəsinə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi əsasında işə qəbul ediləcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş