Münhendə qocalar evində yanğın olub

Dünya

24.12.2024 - 23:58

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə nəticəsində 7 nəfər xəsarət alıb

Münhendə qocalar evində baş verən yanğında azı 7 nəfər xəsarət alıb. AYNA xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Ettinqenstrassedə yerləşən binanın yuxarı hissəsi yanıb. Yanğınsöndürmə xidməti dam örtüyünün yandığını, binanın qismən dağıldığını açıqlayıb.

Bildirilib ki, yanğınsöndürənlər qocalar evindən ümumilikdə 60 nəfəri təxliyə ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş