Müəllimlərin işə qəbulunda əlavə yerləşdirmənin nəticələri elan edilib

Xəbərlər

23.09.2020 - 12:35

cedabet dərman SEO Xidməti

Yer tutmuş namizədlər sentyabrın 25-i saat 18:00-dək zəruri sənədləri təqdim etməlidirlər

 

Sentyabrın 18-20-də müəllimlərin işə qəbulu üzrə keçirilmiş əlavə yerləşdirmənin nəticələri açıqlanıb. Təhsil Nazirliyindən AYNA-ya verilən xəbərə görə, yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

Qeyd edək ki, əlavə yerləşdirmədə 1351 namizəd vakant yer tutaraq müəllimlik fəaliyyəti ilə məşğul olmaq imkanı qazanıb.

 

Vakant yer tutmuş namizədlər sentyabrın 25-i saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənəd, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

 

Göstərilən tarixədək sənədlərini müvafiq yerli təhsili idarəetmə orqanına təqdim etməyən şəxslər tutduğu vakant yerdən imtina etmiş hesab olunacaqlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş