Elektron ərizələrin qəbulu 2-8 aprel tarixlərində keçiriləcək
Dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu 2-8 aprel tarixlərində keçiriləcək. AYNA xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib.
Müsabiqədə iştirak etmək istəyən müəllimlər linkə daxil olaraq müraciət edə bilərlər.
Qeydiyyat 2 aprel saat 11:00-dan 8 aprel saat 11:00-dək davam edəcək.