Müəllimin şagirdləri məftillə vurması ilə bağlı yayılan görüntülər araşdırılır

Xəbərlər

21.05.2023 - 18:54

DİN təhqiqat araşdırmalarının davam etdirilməsi ilə bağlı məlumat yayıb

Sumqayıt şəhərində hazırlıq kurslarının birində riyaziyyat müəllimi E.Qurbanovun şagirdləri məftillə vurması ilə bağlı yayılan görüntülər araşdırılır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, cari ilin yanvar ayında qeydə alınan fakt üzrə müəllim və şagirdin valideyni Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunaraq izahatları alınıb.

İdarənin təhqiqat şöbəsində təhqiqat araşdırmaları davam etdirilir. Araşdırmanın nəticəsi ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş