Müdafiə Nazirliyinin Müdafiə Sənayesi İdarəsinin və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin yeni təyin olunan rəisləri şəxsi heyətə təqdim edilib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə general-mayor Namiq Poladov və general-mayor Mübariz Rzayev müvafiq olaraq Müdafiə Nazirliyinin Müdafiə Sənayesi İdarəsinin və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisləri vəzifələrinə təyin olunublar.
Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, dekabrın 19-da Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov vəzifələrə təyin olunan hərbi qulluqçuları şəxsi heyətə təqdim edib.
Ayna.az
Pin up casino Pin-up casino giriş