Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Belarusun Dövlət Hərbi-Sənaye Komitəsinin sədri cənab Dmitriy Pantusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, tərəflər Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.