Müdafiə Nazirliyi təyyarəmizin vurulması xəbərini təkzib edib

Xəbərlər

28.09.2020 - 23:59

Vaqif Dərgahlı: “Yayılan məlumat yalan və dezinformasiyadır”

 

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı cəbhədəki son durumla bağlı məlumat yayıb.

 

AYNA-nın xəbərinə görə, polkovnik bildirib ki, Azərbaycana məxsus təyyarə vurulmayıb.

 

“Ermənistan tərəfinin axşam saatlarında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması barədə yayılan məlumat yalan və dezinformasiyadır. Bildirirəm ki, Azərbaycan Ordusunun bütün aviasiya vasitələri yerindədir və işləkdir”, - deyə Dərgahlı qeyd edib.

Müəllif: Ayna.az