Müdafiə Nazirliyi: Ordumuzun qətiyyətli əks-hücum əməliyyatı davam edir

Siyasət

08.10.2020 - 19:37

Düşmənin daha 10-dək tankı, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib

 

"Ötən müddət ərzində Ordumuzun qətiyyətli əks-hücum əməliyyatı davam edib”.

 

AYNA xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

 

Onun sözlərinə görə, düşmənin daha 10-dək tankı, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib:

 

“Düşmənin hərbi qulluqçuları döyüş meydanını özbaşına tərk edərək fərarilik edib”.

Müəllif: Ayna.az