Müdafiə Nazirliyi məlumat yayıb

Xəbərlər

30.05.2025 - 12:32

cedabet dərman SEO Xidməti

MN: "Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb"

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin iddiaları ilə bağlı məlumat yayıb. 

Bu barədə AYNA.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, mayın 30-da gecə saat 00:10-dan 01:00-dək Azərbaycan Ordusunun bölmələrinin guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açması nəticəsində yaşayış evinə ziyan dəyməsi və bir xırdabuynuzlu heyvanın tələf olması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır:

"Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhalini və mülki obyektləri heç zaman hədəf almır".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş