MSK: "Seçicilər səsvermənin yeri və vaxtı barədə məlumatlandırılacaq"

Xəbərlər

23.12.2023 - 18:40

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Fevralın 7-də keçiriləcək prezident seçkilərində səs verəcək seçicilər səsvermənin yeri və vaxtı barədə məlumatlandırılacaq.

AYNA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov komissiyanın bugünkü iclasında deyib.

O bildirib ki, 6 milyon 524 min 203 ədəd bildiriş müəyyən edilmiş mətbəə üsulu ilə hazırlanacaq: "Növbədənkənar prezident seçkilərində azad olunmuş ərazilərdə səs verəcək vətəndaşlara göndəriləcək bildirişlərdə təbrik bəndi də olacaq. Çünki orada ilk dəfə səsvermə keçiriləcək. Həmin insanların belə bir təbrikə almağa haqları var".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş