MSK parlament seçkiləri ilə bağlı yekun qərar verəcək

Siyasət

22.02.2020 - 11:48

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib 

 

Mərkəzi Seçki Komissiyası (MSK) gələn həftə Milli Məclisə keçirilən seçkilərə yekun vuracaq.

 

AYNA-nın xəbərinə görə, Seçki Məcəlləsinin 171.2 maddəsinə əsasən, MSK səsvermə günündən ən geci 20 gün keçənədək seçkilərin nəticələrini yoxlamalı və yekun vurmalıdır.

 

Milli Məclisə fevralın 9-da keçirilən növbədənkənar seçkilərlə əlaqədar bu müddət fevralın 29-da başa çatır. 

 

MSK seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

Müəllif: Ayna.az