Növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planı təsdiqlənib

Xəbərlər

08.12.2023 - 16:30

Həkimlər Klinikalar SEO Xidməti

Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planını təsdiq edib.

AYNA-nın xəbərinə görə, məsələ barədə məlumatı komissiyanın katibi Arifə Muxtarova təqdim edib.

Sonra MSK üzvləri Təqvim planını təsdiqləyib.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş