MSK-nın yeni tərkibi təsdiqlənib

Xəbərlər

27.04.2021 - 12:22

Milli Məclisdə MSK-nın yeni tərkibi müzakirəyə çıxarılıb

 

Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibi müəyyən edilib. AYNA xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunub.

 

Milli Məclisdə çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı, Yeni Azərbaycan Partiyası təmsil edən namizədlər bunlardır:

 

Məzahir Pənahov

 

Rövzət Qasımov

 

Hüseyn Paşayev

 

Şaitdin Əliyev

 

Ramiz İbrahimov

 

Validə Kazımova

 

Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarının MSK üzvlüyünə namizədləri:

 

Arifə Muxtarova

 

İlham Məmmədov

 

Nizami Nadirxanlı

 

Fuad Cavadov

 

Qabil Orucov

 

Nailə Əsgərova

 

Aydın Muradov (ehtiyat üzv)

 

Parlamentdə azlıq təşkil edən siyasi partiyaların namizədləri isə aşağıdakılardır:

 

Böyük Quruluş Partiyası (BQP) - Bəxşeyiş Əsgərov

 

Ana Vətən Partiyası (AVP) - Etibar Quliyev

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) - Mikayıl Rəhimli

 

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - Almas Qəhrəmanlı.

 

Azərbaycan Demokratik İslahatlar Partiyası ilə birgə Vətəndaş Birliyi Partiyasının namizədi - Tofiq Həsənov

 

Demokratik Maarifçilik Partiyası - İlkin Şahbazov

 

Niyaməddin Orduxanlı (ehtiyat üzv).

 

Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən altı nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), altı nəfər bitərəf deputatları, altı nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.

 

Milli Məclisin iclasında “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi” barədə qərar qəbul edilib və MSK-nın yeni tərkibi müəyyənləşib. Prosedura əsasən, parlament yeni tərkibi təsdiqlədikdən sonra MSK-nın keçirilən ilk iclasında qurumun sədri, sədr müavini və katibləri seçilir.

 

Qeyd edək ki, MSK sədri Məzahir Pənahov, MSK sədrinin müavini Rövzət Qasımov, MSK-nın katibləri - Arifə Muxtarova və Mikayıl Rəhimli olublar.

 

Məzahir Pənahov və Rövzət Qasımov YAP-ın, Arifə Muxtarova bitərəf deputatların, Mikayıl Rəhimli parlamentdə azlıq təşkil edən partiyaların təqdim etdiyi siyahılar üzrə yenidən MSK üzvü seçiliblər.

Müəllif: Ayna.az