MSK-dan növbəti qərar

Xəbərlər

21.02.2020 - 18:45

Həkimlər Klinikalar SEO Xidməti

Dairənin bir neçə məntəqəsində pozuntular olduğu əks olunub

 

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 91 saylı Ucar seçki dairəsindən deputatlığa namizəd Məmmədov Əbil Abbas oğlunun müraciətinə baxılıb.

 

AYNA xəbər verir ki, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

 

A.Muxtarova bildirib ki, müraciətdə həmin dairənin bir neçə məntəqəsində pozuntular olduğu əks olunub: “Ona görə də müraciət əsasında araşdırmalar aparılıb. Komissiya bu müraciət üzrə hərtərəfli və geniş araşdırmalar aparıb”.

 

İclasda qeyd olunub ki, 18 və 38 saylı seçki məntəqələrində səsvermənin nəticələri 91 saylı Ucar seçki dairəsi tərəfindən ləğv edilib.

 

Komissiyada həmin dairənin 18 və 38 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib. Bununla da DSK-nın qərarı qüvvədə saxlanılıb.

 

Qeyd edək ki, bu dairənin lider namizədi Həsən Ramil Sahib oğludur.

 

MSK-nın bugünki iclasında, həmçinin  28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizəd Süleymanlı Aygün Yunis qızının (Aygün Muradxanlı) müraciətinə baxılıb. Məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib. İ.Məmmədov bildirib ki, namizəd A.Süleymanlı müraciətində sözügedən dairədə səsvermə günü seçki pozuntularının qeydə alındığını iddia edib və dairə üzrə səsvermənin nəticələrinin ləğv olunmasını istəyib.

 

Komissiya həmin müraciətlə əlaqədar olaraq araşdırmalar aparıb. Qeyd olunub ki, araşdırma zamanı müraciətdə qeyd olunan hallar öz əksini tapmayıb.

 

İclasda 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizəd Aygün Muradxanlının müraciətinin təmin edilməməsi ilə bağlı qərar qəbul edilib.

 

Qeyd edək ki, 28 saylı Sabunçu üçüncü seçki dairəsinin lider namizədi Eldar Quliyevdir.

 

Bu gün keçirilən iclasda, o cümlədən 81 saylı Beyləqan seçki dairəsi ilə bağlı müraciətə baxılıb. Məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib. Onun sözlərinə görə, müraciətdə həmin dairənin bir sıra seçki məntəqələrində səsvermə günü pozuntuların olduğu iddia olunub. Qeyd edilib ki, həmin dairə üzrə 4 seçki məntəqəsində pozuntu hallarının baş verdiyi araşdırmalardan sonra müəyyənləşib.

 

İclasda 81 saylı Beyləqan seçki dairəsinin 1, 4, 6 və 31 saylı seçki məntəqələrinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş