Üç seçki məntəqəsindən hesabat daxil olmayıb
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək. AYNA xəbər verir ki, iclasda Milli Məclisə seçkilərlə əlaqədar bir neçə dairə ilə bağlı məsələlər, o cümlədən şikayətlər müzakirə olunacaq.
MSK-nın rəsmi məlumatına görə, parlament seçkiləri ilə əlaqədar indiyə qədər 3 seçki məntəqəsindən hesabat daxil olmayıb.
MSK-ya 125 seçki dairəsi üzrə 5 573 məntəqədən 5 570-dən hesabat daxil olub. 111 saylı Zaqatala-Balakən seçki dairəsinin 2, 123 saylı Kəlbəcər seçki dairəsinin 1 seçki məntəqəsi isə MSK-ya hesabat verməyib.
Qeyd edək ki, Azərbaycan Milli Məclisinə seçkilər fevralın 9-da keçirilmişdi.