Vladimir Putin: "Cənubi Qafqazda kommunikasiyaların bərpası ilə bağlı müəyyən razılaşma var"
İlham Əliyev: “Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında əsas rol oynayır”
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 22-də Rusiya dövlətinin başçısı ilə təkbətək görüşü başlayıb. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Proseslərin dinc yolla getməsi üçün hər şeyi edəcəyik. APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Prezidenti Azərbaycan Prezidenti ilə görüşdə bildirib.
Qarabağ ətrafındakı vəziyyətdən danışan Rusiya liderinin sözlərinə görə, artıq ticari-iqtisadi əlaqələrin inkişafı, nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı müəyyən razılaşma var.
Mübahisələrin olduğunu vurğulayan Rusiya dövlət başçısı prosesin dinc yolla getməsi üçün hər şeyi edəcəklərini qeyd edib.
“Rusiya Azərbaycanla Ermənistan arasında müharibənin dayandırılmasında mühüm rol oynayıb”. Bu sözləri isə Azərbaycan Prezidenti deyib.
İ.Əliyev qeyd edib ki, məhz Rusiyanın səyi nəticəsində proses hərbi fazadan siyasi-diplomatik mərhələyə keçib.
Dövlət başçısı Rusiyanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normalılaşmasında da əsas rola malik olduğunu vurğulayıb: “Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında, normal qonşuluq münasibətlərinin yaranmasında əsas rol oynayır”.