“Moody's” Rusiyanın avrobondlar üzrə defoltunu elan edib

Dünya

28.06.2022 - 09:38

Agentlik iyunun 27-də Rusiyanın avrobondlar üzrə defolt elan etdiyini açıqlayıb

“Moody's Investors Service” beynəlxalq reytinq agentliyi Rusiyanın xarici borc öhdəlikləri üzrə ödənişlərini defolta bərabərləşdirib. AYNA xəbər verir ki, bu barədə qurumun saytında yerləşdirilən məlumatda deyilir.

“İyunun 27-də güzəşt müddətində iki avrobond kuponu üzrə ödənişlər istiqraz sahiblərinə çatmayıb ki, bu da bizə görə defoltdur”, - agentlik qeyd edib.

Bundan əvvəl “Bloomberg” Rusiyada 1918-ci ildən bəri ilk dəfə olaraq xarici valyutada suveren borc üzrə defolt olduğunu açıqlamışdı. İyunun 27-nə keçən gecə dövlət istiqrazları üzrə 100 milyon dollara yaxın vaxtı keçmiş ödənişlərin ödənilməsi ilə bağlı güzəşt müddəti başa çatıb.

Rusiya Maliyyə Nazirliyi defolt hadisəsini təkzib edərək bildirib ki, 2026 və 2036-cı illərdə vaxtı çatan avrobondlar üzrə kupon gəlirlərinin ödənilməsi üzrə öhdəliklər tam yerinə yetirilib.

Müəllif: Ayna.az