Seçici fəallığı seçkilərin və referendumun tanınması üçün tələb olunan 33,3 faizi keçib
Moldovada prezident seçkiləri və Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı referendumda seçici fəallığı seçkilərin və referendumun tanınması üçün tələb olunan 33,3 faizi keçib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) yaydığı məlumatda qeyd olunub.
MSK-nın internet saytındakı məlumatları real vaxt rejimində yeniləyən informasiya sisteminin ilkin məlumatları bunu sübut edir.
Seçkinin qalibi səslərin yarıdan çoxunu toplayan namizəd olacaq. Əks halda, ikinci tur noyabrın 3-də baş tutacaq.