Modul tipli xəstəxana gələn həftə açılacaq

Xəbərlər

01.05.2020 - 17:46

cedabet Klinikalar SEO Xidməti

Xəstəxananın maddi-texniki bazasının təminatı işi aparılır, həkim, tibbi personalla təminatı ilə bağlı müzakirələr gedir

 

Koronavirusla bağlı mübarizə məqsədiylə tikilmiş modul tipli xəstəxana gələn həftə açılacaq. AYNA xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin rəhbəri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bildirib.

 

Onun sözlərinə görə, hazırda xəstəxananın maddi-texniki bazasının təminatı işi aparılır. Həmçinin həkim, tibbi personalla təminatı ilə bağlı müzakirələr gedir.

 

“Bu xəstəxananın açılması o demək deyil ki, xəstələrin yerləşdirilməsi ilə bağlı problem var. Sadəcə biz qarşıdakı bütün hallara hazırlıq məqsədiylə xəstəxananın istifadəyə verilməsini müsbət qiymətləndiririk”, deyə Bayramlı əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş