MN: Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb

Xəbərlər

05.07.2022 - 13:42

Həkimlər Klinikalar SEO Xidməti

"Azərbaycan Ordusunun Ermənistanla sərhəddə atəş açması barədə məlumatlar yalandır"

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dövlət sərhədi istiqamətində qarşı tərəfin atəşə tutulması ilə bağlı Ermənistanın yaydığı məlumatlar yalandır, reallığa uyğun deyil.

Bu barədə AYNA-ya Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

“Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Bu qarşı tərəfin növbəti dezinformasiyasıdır”, – deyə məlumatda qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş