“Mən demirəm ki, razılaşma var, bu, hazırda müzakirə olunan bir fikirdir”
“Azərbaycanla əldə edilmiş razılaşmaların birinci hissəsi, xüsusən İqlim Konfransı üzrə işlər həyata keçirilib. Bu gün ikinci hissə (əsirlərin dəyişdirilməsi) başa çatmalıdır. (Artıq əsirlərin dəyişdirilməsi başa çatıb - red) Lakin bu razılaşmalar qarşılıqlı etimadın yaradılması yolunda mümkün olan yeganə razılaşmalar deyil. Digər imkanlar müzakirə olunur”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan estoniyalı həmkarı Marqus Tsaxna ilə İrəvanda keçirdiyi birgə brifinqdə deyib.
Nazir qeyd edib ki, İrəvan qoşunların Ermənistan-Azərbaycan sərhədindən çıxarılması təşəbbüsü ilə çıxış edib: “Biz inanırıq ki, bu, müsbət təsir göstərəcək və gələcək mümkün gərginliyin qarşısını almağa kömək edəcək. Mən demirəm ki, razılaşma var, bu, hazırda müzakirə olunan bir fikirdir. Başqa ideyalar da var”.