“Bu məsələdə 1 ay əvvəl olduğundan daha çox qarşılıqlı anlaşma var”
“Ermənistan və Azərbaycan 1991-ci ildə SSRİ-nin dağılması zamanı iki ölkə arasındakı sərhəd xəttinin demarkasiya və ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə razılığa gəlməyə yaxındırlar”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Nazir bildirib ki, hazırda bu məsələdə 1 ay əvvəl olduğundan daha çox qarşılıqlı anlaşma var: “Məndə belə təəssürat yaranıb ki, biz bu məsələdə qarşılıqlı razılaşmağa çox yaxınıq”.