Mingəçevirdə tələbəni avtomobil vuraraq öldürüb

Xəbərlər

20.12.2023 - 23:50

Mingəçevirdə ölümlə nəticələnən ağır yol qəzası olub

Dekabrın 20-si saat 19 radələrində Mingəçevir şəhəri ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı iki piyadanı vurub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AYNA-ya bildirilib ki, hadisə nəticəsində piyadalardan biri - 2005-ci il təvəllüdlü Hüseynova Nazlı Rövşən qızı aldığı xəsarətlərdən vəfat edib, digər piyada Sadıqzadə İmamrza Çingiz oğlu isə xəsarət alıb.

N.Hüseynova Mingəçevir şəhər Turizm Kollecində təhsil alırmış.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş