Mingəçevirdə silah-sursat aşkarlanıb

Xəbərlər

14.12.2023 - 20:26

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının son 2 gün ərzində keçirdiyi əməliyyatlar zamanı şəhər ərazisindən 2 ədəd qumbara, 90 ədəd avtomat patronu və 4 ov tüfəngi aşkar edilərək götürülüb.

Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktiki tədbirlər nəticəsində isə şəhər sakinləri iki ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş